Saqqız çeynəyənlərə XƏBƏRDARLIQ

07:40 - 04 Aprel 2025

Saqqız çeynəyənlərə XƏBƏRDARLIQ

Sadəcə bir saat ərzində saqqız çeynəmək insan tüpürcəklərində 250 min mikroplastik hissəcik buraxa bilər.

 

Manset.az xəbər verir ki, bununla bağlı Şimali İrlandiyadakı "Queens" Universitetində araşdırma aparılıb.

Araşdırmaya əsasən, saqqız çeynəmək potensial zərərli maddələrin bədənə daxil olmasına səbəb ola bilər. Mikroplastiklər daha böyük plastik məhsulların parçalanması nəticəsində əmələ gələn kiçik plastik hissəciklərdir. Onlar sintetik parçalardan mikrofiberlər kimi mənbələrdən yayılır.

Araşdırmada mikroplastiklərin zamanla daha kiçik parçalara bölünərək nanoplastikaya çevrildiyi və bunların tüpürcəkdə aşkar edildiyi bildirilib.

Tədqiqatçılar mikro və nano plastiklərin orqanizmə müxtəlif yollarla daxil ola və həzm sistemi, ağciyərlər və reproduktiv sistemə zərər verə biləcəyini qeyd ediblər. Elm adamları bu cür hissəciklərin insan sağlamlığına uzunmüddətli təsirlərinin bilinmədiyini vurğulayır. Lakin araşdırmada istifadə edilən metodun plastik çirklənməni azaltmağa kömək edə biləcək daha sərfəli bir vasitə təmin edə biləcəyi gözlənilir.

Araşdırma “Journal of Hazardous Materials” jurnalında dərc edilib. 


Digər xəbərlər

Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
За что на Урале зверски расправились с 7-летним мальчиком
СМИ: В британской королевской семье произошла трагедия.
В СМИ раскрыли почему жена Буйнова избегает выходы в свет
В России только спустя год нашли тело парнишки
"Все они ждали, чтобы моя жена-инвалид умерла прямо в эфире"
На экс премьер-министра Англии совершили нападение
Какие выплаты будут повышены в России и кому ?
В Москве суд откроет дело о передаче "Домодедово" властям
Если вы переезжаете в России и не сообщили об этом — штраф

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
xidmet.tv
За что на Урале зверски расправились с 7-летним мальчиком