Teleaparıcıya cinayət işi açıldı - Həbs oluna bilər

12:00 - 03 Aprel 2025

Teleaparıcıya cinayət işi açıldı - Həbs oluna bilər

Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gülağaqızıya cinayət işi açılıb.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, plastik cərrah Sevinc Heydərovanın şikayəti əsasında Yasamal Rayon Məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb.

Sevinc Heydərovanın şikayətində göstərilir ki, Fərqanə Gülağa qızı Quliyeva onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, nüfuzuna və fəaliyyətinə zərbə vurub.

Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramında işıqlandırılıb. Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş.

Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir:

"Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu, həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq".

Sevinc Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib. O, problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib. Buna baxmayaraq, həkim problemin aradan qaldırılmasına razı olduğunu bildirib. Aparıcı isə məsələni ictimailəşdirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.


Digər xəbərlər

Что категорически нельзя делать на Пасху: священник
В России врачи убили пятилетнюю девочку: лечили ее от рвоты.
Если вы это сделаете в этот четверг, то вы согрешите: срочно
В тюрьме белый лебедь серийному убийце преподали урок другие
В Кургане ребенок молит, чтобы его не трогал дядя
Каждому знаку зодиака свой спорт: найди свой
Экс-представители власти Курской области задержаны
Как сценарий к фильму ужасов, но это реалия где мать убила детей
В мае в ценах на вторичку настанет переломный момент.
Роберт Де Ниро теперь на криминальной стороне:выбрал мафию

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
В России врачи убили пятилетнюю девочку: лечили ее от рвоты.
xidmet.tv
Что категорически нельзя делать на Пасху: священник