Övladını döyən valideyn müəllimi yaraladı - YENİLƏNİB

17:25 - 03 Aprel 2025

Övladını döyən valideyn müəllimi yaraladı - YENİLƏNİB

Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Manset.az-a bildirilib ki, aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib:

“2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib”.

***

16:05

Goranboyda orta məktəbdə insident baş verib.

Manset.az  APA-ya istinadən xəbər verir ki, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Ə. Rzayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Скандал с Мизулиной на борту самолета
В ком вдовец Чернышев нашел успокоение: Навка
Этой категории людей могут запретить водить машину: читать список
Срочно, если у вас есть эти признаки, то вам нужно бежать к врачу
Звезда фильма «Любовь и голуби» вступился за Ефремова
В Нижнекамске 86 врачей пожаловались на главврача: на что?
ЦБ выпустил новость для тех, у кого есть счета
Этот год станет самым важным для РФ: пророк
Разыграл своё ранение, когда на самом деле был 14-летним убийцей
Детали садистского убийства девушки из Оренбурга: какой ужас

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Скандал с Мизулиной на борту самолета
xidmet.tv
В ком вдовец Чернышев нашел успокоение: Навка