AZAL ilin birinci rübünü uğurlu əməliyyat göstəriciləri ilə başa vurdu

11:46 - 03 Aprel 2025

AZAL ilin birinci rübünü uğurlu əməliyyat göstəriciləri ilə başa vurdu

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarını elan edib.

 

Manset.az xəbər verir ki, aviaşirkət sərnişin axınının yüksək olduğu ilk üç ay ərzində fasiləsiz və rahat sərnişin daşınması fəaliyyətini yüksək səviyyədə təmin edib.

Bu ilin ilk üç ayında 89% uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi ilə 48 istiqamət üzrə 3 718 reys yerinə yetirilib. 2024-cü ilin birinci rübü ilə müqayisədə punktuallıq göstəricisi üzrə 1%, reyslərin sayı üzrə isə 4% artım müşahidə olunub. Qeyd edək ki, 2025-ci ilin mart ayında punktuallıq göstəricisi 93%-ə çatmışdır.

Sözügedən dövr ərzində 865 000 sərnişin daşınıb. Ötən ilin birinci rübündə bu göstərici 811 000 nəfər olub ki, bu da sərnişin sayında 7% artım deməkdir.

Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 2025-ci il 12 yanvar tarixində qeydə alınıb. Ötən ilin yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.

AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.


Digər xəbərlər

Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
За что на Урале зверски расправились с 7-летним мальчиком
СМИ: В британской королевской семье произошла трагедия.
В СМИ раскрыли почему жена Буйнова избегает выходы в свет
В России только спустя год нашли тело парнишки
"Все они ждали, чтобы моя жена-инвалид умерла прямо в эфире"
На экс премьер-министра Англии совершили нападение
Какие выплаты будут повышены в России и кому ?
Если вы переезжаете в России и не сообщили об этом — штраф
В Москве суд откроет дело о передаче "Домодедово" властям

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
xidmet.tv
За что на Урале зверски расправились с 7-летним мальчиком