Важно: как нужно встречать день Благовещения
Всем, у кого в России есть дача, срочно убирайте это с участка

Ağdamda mina partladı - Xəsarət alan var

12:49 - 2 Aprel 2025

Ağdamda mina partladı - Xəsarət alan var

Ağdam rayonunda mina partlayıb.

 

Manset.az xəbər verir ki, hadisə barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 1968-ci il təvəllüdlü Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olub. O, piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.


Xəbər xətti

7 Aprel 2025
Важно: как нужно встречать день Благовещения
Всем, у кого в России есть дача, срочно убирайте это с участка
На шоу Суперстар еще один громкий скандал
Соседов до жути боится Кудрявцеву из-за этого скандала.
Горит рязанский автобус с участниками экскурсии: все детали
Если у вас в квартире есть это число ждите беды
В России тело школьницы нашли с кровью на шее
Кадыров о клятве зуб за зуб за смерть его отца
Если вы это установите в квартире — вам придет штраф: за что?
Больше вы не найдете этого на заправках: что?

Ən son xəbərləri səhifəmizdən də izləyin