Xaçmazın icra başçısı "ARB Günəş" televiziyasında oldu - Fotolar

22:47 - 1 Aprel 2025

Xaçmazın icra başçısı

Xaçmaz rayonunda fəaliyyət göstərən, ölkənin ilk və tək uşaq televiziya kanalı olan "ARB Günəş" 10 yaşını qeyd edir.

 

Manset.az xəbər verir ki, bu münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov “ARB Günəş” televiziyasında olub, yaradıcı heyətlə görüşüb. Televiziya əməkdşlarını təbrik edən icra başçısı onlara yeni yaradıcılıq uğurları azrulayıb.

Elnur Rzayev həmçinin, "ARB Günəş" televiziyasında aparılan təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
“ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov bildirib ki, ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş” artıq 10 ildir fəaliyyət göstərir. Bu il televizyanın inzibati binası əsaslı şəkildə təmir olunub, texniki təchizat xeyli yaxşılaşdırılıb. ARB Günəş” azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi və animasiya filmləri təqdim edir. Bununla yanaşı televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir.

Televiziyada 2018-ci ildən peşəkar dublyaj studiyası fəaliyyət göstərir. Studiyada cizgi və animasiya filmləri doğma dilimizə tərcümə olunaraq, azyaşlı televiziya tamaşaçılarına təqdim edilir.

Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən “ARB Günəş” rəqəmsal platformalar və peyk üzərindən yayımlanır.

Sonda icra başçısı səmərəli fəaliyyətlərinə görə "Arb Günəş" televiziyasını Fəxri Fərmanla mükafatlandırıb. Televiziya rəhbərliyidə öz növbəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə televiziyanın inkişafına və fəaliyyətinə göstərdiyi dəstəyə görə Fərxri Fərman təqdim edib.



Xəbər xətti

3 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin