Pakistan liderinin səhhəti pisləşdi

20:35 - 1 Aprel 2025

Pakistan liderinin səhhəti pisləşdi

Pakistan Prezidenti Asif Əli Zərdarinin vəziyyəti pisləşib.

 

Manset.az xəbər verir ki, bu haqda Pakistan Xalq Partiyası məlumat yayıb.

Qeyd olunub ki, Pakistan lideri Kəraçi şəhərindəki özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

“Express News”un məlumatına görə, onun qızdırma və infeksiya şikayətləri olub.

Qeyd edilib ki, Zərdari bir neçə tibbi müayinədən keçib və həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin