Almaniya Ukraynaya hərbi yardım ayıracaq

21:10 - 1 Aprel 2025

Almaniya Ukraynaya hərbi yardım ayıracaq

Almaniya 2029-cu ilə qədər Ukraynaya 11 milyard avrodan çox hərbi yardım göstərəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Ukraynaya 3 milyard avro məbləğində vəsait ayrılacaq. A.Berbok vurğulayıb ki, Almaniya uzunmüddətli perspektivdə Kiyevə hərbi dəstək göstərməyə davam edəcək.

Xatırladaq ki, bu gün Almaniya Ukraynaya 130 milyon avro məbləğində yardım göstərməklə bağlı qərarını açıqlayıb.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin