Ştaynmayerin Azərbaycana səfəri başa çatdı
2 Aprel 2025
20:45 - 1 Aprel 2025
“Mən düşünürəm ki, ABŞ Konqresinin 60 üzvünün Dövlət katibi Rubioya, Azadlığa Dəstək Aktının 907-ci maddəsinin davam etdirilməsi və ya sərtləşdirilməsi ilə bağlı məktub göndərməsi yeni bir şey deyil. Bu, sadəcə olaraq, son 30 ildə erməni diasporunun yanaşmasının davamıdır”.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
Amerika Birləşmir Ştatları (ABŞ) Konqresinin 60 üzvünün dövlət katibi Marko Rubioya məktubunu şərh edən sabiq səfir, burada erməni diasporunun izi olduğunu qeyd edib.
“Mənim fikrimcə, sülh sazişinin əleyhdarları narahatdırlar ki, əgər Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırsa, artıq onların fəaliyyət səbəbi qalmayacaq. Diasporun rəhbərliyi narahatdır ki, onlar hər zaman etdikləri kimi, Azərbaycanın Ermənistan əleyhinə hərbi əməliyyat planlaşdırdığı və ya etnik təmizləmə apardığı iddiaları ilə pul toplaya bilməyəcəklər. Etnik təmizləmə iddiaları isə tamamilə ədalətsizdir”.
“Erməni diasporunun iddiaları yalandır”
Azərbaycanın öz ərazilərindən qeyri-qanuni mövcud olan qoşunları çıxarmasını haqlı hesab edən Metyu Brayza, məhz bu amilin diasporun əlində bayraq olduğuna diqqət çəkib:
“İki il əvvəl sentyabrda Azərbaycan, Qarabağda hələ də qeyri-qanuni olaraq mövcud olan erməni qoşunlarını çıxarmaq və Qarabağda hələ də fəaliyyət göstərən separatçı siyasi rejimi sona çatdırmaq üçün məhdud hərbi əməliyyat keçirmək qərarına gəldi. Azərbaycan yalnız hərbi hədəfləri vuracağını və mülki əhaliyə heç bir zərər verməyəcəyini bildirdi və məhz bunu etdi.
Düşünürəm ki, Qarabağdan gedən ermənilər öz icmalarının rəhbərliyi tərəfindən qorxudulmuş və təhdid edilmişdi.
Azərbaycan tərəfindən etnik təmizləmə həyata keçirildiyi və ya erməni əsilli şəxslərin təhdid olunduğu iddiaları yalan və qorxu yaratmağa yönəlib. Bu isə erməni diasporunda sülh əleyhdarlarının pul toplamasına və siyasi təsirini qorumasına kömək edir”, - deyə M.Brayza əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin