"Ermənistan sülh gündəliyinə sadiqdir" - Paşinyan

18:40 - 1 Aprel 2025

Ermənistanın baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edib.

 

Manset.az xəbər verir ki, onlar regional əhəmiyyətli məsələləri müzakirə ediblər.

Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin razılaşdırılması barədə danışılıb. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.

Öz növbəsində, F. İvanoviç Monteneqronun regionda sülh və sabitliyin təmin edilməsi səylərinə dəstəyini ifadə edib.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin