Hakimə etiraz edən Qurban Qurbanov planşeti belə sındırdı – VİDEO
2 Aprel 2025
15:30 - 1 Aprel 2025
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də paylaşım edib.
"İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Bakıda görüşdük. Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin, 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi", - paylaşımda qeyd edilib.
İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Bakıda görüşdük.
Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi… pic.twitter.com/wU9kCwZbVz — Hikmet Hajiyev (@HikmetHajiyev) April 1, 2025
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin