Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

14:44 - 01 Aprel 2025

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında  1 aprel 2025-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. 

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib ki, daxili su hövzələrində sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.

Xidmət rəsmisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər.

“Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır”. 

A.Babayeva qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.


Digər xəbərlər

Что категорически нельзя делать на Пасху: священник
В России врачи убили пятилетнюю девочку: лечили ее от рвоты.
Если вы это сделаете в этот четверг, то вы согрешите: срочно
В тюрьме белый лебедь серийному убийце преподали урок другие
В Кургане ребенок молит, чтобы его не трогал дядя
Каждому знаку зодиака свой спорт: найди свой
Экс-представители власти Курской области задержаны
В мае в ценах на вторичку настанет переломный момент.
Как сценарий к фильму ужасов, но это реалия где мать убила детей
Роберт Де Ниро теперь на криминальной стороне:выбрал мафию

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
В России врачи убили пятилетнюю девочку: лечили ее от рвоты.
xidmet.tv
Что категорически нельзя делать на Пасху: священник