Hakimə etiraz edən Qurban Qurbanov planşeti belə sındırdı – VİDEO
2 Aprel 2025
14:57 - 1 Aprel 2025
Xəbər verdiyimiz kimi, ötən gün aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikri müzakirələrə səbəb olub. Məsələyə Audiovizual Şura da münasibət bildirərək qeyd edib ki, araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir. Eyni zamanda, "Kanal S"in Baş direktor müavini Ramin Mustafayev Manset.az-a özəl açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirmişdi.
Manset.az xəbər verir ki, bu gün "Kanal S" də eyni saatda Nigar Fərhad yenidən canlı efirə çıxıb.
O, verilişdən öncə sosial şəbəkə hesabından status paylaşaraq qeyd edib ki,"Sözün bitdiyi an" efirdədi:
"Hər kəsi canlı efirdə gözləyirəm".
Qeyd edək ki, Nigar Fərhad dünən onun haqqında yazılan bütün fikirlərin incələndiyini qeyd edib. Təhqir yazan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin