Hakimə etiraz edən Qurban Qurbanov planşeti belə sındırdı – VİDEO
2 Aprel 2025
14:22 - 1 Aprel 2025
Türkiyənin Sultanqazi əyalətində Hayrettin Kırbaş (70) arvadı Xəticə Kırbaşı (67) və qızı Zeliha Kırbaşı (46) ov tüfəngi ilə öldürüb, daha sonra intihar edib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Əldə edilən məlumata görə, psixoloji müalicə aldığı iddia edilən Hayrettin Kırbaş həyat yoldaşı Hatice Kırbaş (67) və qızı Zeliha Kırbaş (46) ilə mübahisə edib.
Mübahisədən sonra evdən ov tüfəngini götürən Kırbaş arvadını və qızını öldürüb, daha sonra isə intihar edib. Silah səslərini eşidənlər polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis qrupları xüsusi əməliyyat polisinin müşayiəti ilə qapısı bağlı olan mənzilə daxil olub. Ekipajlar evdə olanların hamısının öldüyünü müəyyən ediblər. 3 nəfərin meyiti müayinə olunmaq üçün Ədliyyə Tibb İnstitutunun meyitxanasına aparılıb. Polis hadisə ilə bağlı işlərini davam etdirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin