Ordumuzun mövqeləri atəşə tutuldu
2 Aprel 2025
12:43 - 1 Aprel 2025
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın tariflərinə sərt cavab verməyə hazır olduqlarını bildirib.
Manset.az xəbər verir ki, Von der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Plenar iclasında ABŞ ilə ticarət əlaqələri və yeni tariflərdən danışıb.
Avropanın tarif münaqişəsini başlatmadığını qeyd edən von der Leyen, "Biz tariflərin səhv olduğunu düşünürük. Bu gün sizə mesajım odur ki, xalqımızı və rifahımızı qorumaq üçün lazım olan hər şeyə sahibik"-deyə, bildirib.
Von der Leyen, AB-nin dünyanın ən böyük vahid bazarına sahib olduğunu, tarifləri müzakirə etmək və müqavimət göstərmək gücünə malik olduğunu vurğulayıb.
"Biz həmişə maraqlarımızı və dəyərlərimizi müdafiə edəcəyik".
ABŞ administrasiyasının indiyə qədər polad, alüminium, avtomobil və avtomobil hissələri idxalına 25 faiz gömrük rüsumunu elan etdiyini xatırladan fon der Leyen, gömrük rüsumlarına məruz qalacaq növbəti sektorların yarımkeçiricilər, əczaçılıq məhsulları və taxta-şalban olacağını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin