Fələstinli jurnalist ailəsi ilə birlikdə həlak oldu

12:22 - 1 Aprel 2025

Fələstinli jurnalist ailəsi ilə birlikdə həlak oldu

İsrail ordusunun Qəzza zolağına hücumu zamanı fələstinli jurnalist, həyat yoldaşı və üç uşağı həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Məlumata görə, İsrail ordusu fələstinli jurnalist Məhəmməd Salih əl-Bərdevilin evini hədəfə alıb.

Fələstinli jurnalist Berdevil, həyat yoldaşı və üç uşağı hücumda həyatını itirib.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən mətbuat mənsublarının sayı 209-a yüksəlib.

Xəstəxana mənbələrindən verilən açıqlamaya görə, İsrailin Qəzza şəhərinə əvvəlki hücumunda yaralanan bir fələstinli uşaq da həyatını itirib.

İsrail ordusu Qəzza şəhəri və Cibaliyyənin şərqinə də intensiv hücumlar təşkil edib.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin