Almaniya səfiri ilə danışıq olduqca sərt aparıldı

20:27 - 31 Mart 2025

Almaniya səfiri ilə danışıq olduqca sərt aparıldı

Xəbər verdiyimiz kimi, Almaniya Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycanın ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq ona qarşı sərt etiraz bildirilib.

 

Manset.az xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.

Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.

Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.

Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!

Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin