Güclü külək Qaxda mal tövləsini dağıtdı

19:26 - 31 Mart 2025

Güclü külək Qaxda mal tövləsini dağıtdı

Güclü külək Qaxda mal tövləsini dağıdıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaşqaçay kəndində baş verib.

Belə ki, güclü külək nəticəsində kənd sakini, 42 yaşlı Günay Quliyevaya məxsus ümumi sahəsi 110 kvadratmetr olan mal tövləsinin dam örtüyü tamamilə dağılıb.

Hazırda Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin