Tanınmış həkimlərdən Yeni Klinikanın rəhbərinə ağır ittihamlar - “Səhiyyə makleri...”
2 Aprel 2025
17:20 - 31 Mart 2025
İspaniyanın "Barselona" klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfərə gəliblər.
Manset.az Report-a istinadən xəbər verir ki, La Liqa nəhənginin nümayəndələri bu gün öncə "ASK Arena"da olublar.
Arenanın əsas stadionunun durumu ilə tanış olan qonaqlar daha sonra idmançıların yerləşdiyi bazaya, həmçinin stadionun ərazisinə və ətrafına baxış keçiriblər.
Dünya şöhrətli klubun nümayəndələri daha sonra "Liv Bona Dea Arena"ya baş çəkiblər. Qonaqlar futbolçuların yerləşdiyi bazanı ziyarət edib, fitness zalı, paltardəyişmə otaqları və yaradılan şəraitlə tanış olublar.
Hər iki arenaya səfər zamanı qonaqları AFFA nümayəndələri müşayiət ediblər.
Qeyd edək ki, "Barselona" rəsmilərinin səfərinin məqsədi Azərbaycanda Kataloniya təmsilçisinin akademiyasının açılacağı ilə bağlıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin