İsveç Ukraynaya yeni hərbi yardım paketi verəcək

17:40 - 31 Mart 2025

İsveç Ukraynaya yeni hərbi yardım paketi verəcək

İsveç Ukraynaya 1,6 milyard dollarlıq hərbi yardım paketi ayırıb.

 

Manset.az xəbər verir ki, İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin sözlərinə görə, bu, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Stokholmdan ən böyük çatdırılmadır. 

"Bu gün təqdim etdiyimiz yardım paketi indiyə qədər Ukraynaya verdiyimiz ən böyük yardım paketidir".

Qeyd edək ki, 2024-cü ildə Ukrayna prezidenti Vladimir Zelenski və İsveçin baş naziri Ulf Kristersson növbəti on il üçün təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıblar. Keçən il Kiyev də adı açıqlanmayan İsveç şirkəti ilə ilk birbaşa silah alqı-satqısı müqaviləsini imzalayıb.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin