Zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi

16:05 - 31 Mart 2025

Zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2056 nəfərə çatıb. Daha 3900 nəfər yaralanıb, 270 nəfər itkin düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Myanma Dövlət İnzibati Şurası məlumat yayıb.

Qeyd edək ki, Myanmanın baş naziri Min Aunq Hlainq bu gün ölkədə aprelin 6-dək milli matəm elan edib. Martın 28-də 7,7 bal gücündə zəlzələ baş verib. Onun episentri ölkənin 1,5 milyon əhalisi olan ikinci ən böyük şəhəri Mandalaydan 17 km aralıda yerləşib.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin