İranın Kirman əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 14 nəfər ölüb, 46 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Kirman vilayətinin Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Məhəmməd Saberi bildirib ki, qəza Kirman əyalətinin mərkəzindən Raver rayonuna gedən magistral yolunda aşması nəticəsində baş verib.
Yaralıların hamısının xəstəxanaya aparıldığını və onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildirən Saberi, qəzanın səbəbinin yaxın saatlarda açıqlanacağını da əlavə edib.