Neftin bu günə olan QİYMƏTİ

11:37 - 31 Mart 2025

Neftin bu günə olan QİYMƏTİ

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti saat 09:14-ə olan məlumata görə, bir barel üçün 73,4 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki hərracların bağlanış qiymətinə nisbətən 0,23 ABŞ dolları (0,31 %) azdır.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu müqavilələrin qiyməti martın 22-də 0,4 ABŞ dolları ucuzlaşaraq 73,63 dollar/barel təşkil edib.

Ümumiyyətlə, may fyuçersləri ilə hərraclar bazar ertəsi bazarın bağlanması ilə başa çatacaq. Daha aktiv ticarət edilən iyun kontraktları isə 0,26 ABŞ dolları (0,36 %) azalaraq 72,5 dollar/barel səviyyəsinə düşüb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçersləri 0,3 ABŞ dolları (0,43 %) ucuzlaşaraq bir barelə görə 69,06 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktların dəyəri 0,56 ABŞ dolları azalaraq 69,36 dollar/barel olub.

"OPEC+" ölkələrinin hasilatı artıracağına dair gözləntilər və ABŞ-nin idxal rüsumlarının tətbiqinin nəticələri ilə bağlı narahatlıqlar neft qiymətlərinə təzyiq göstərir.

"OPEC+" aprel ayında hasilatın tədricən artırılmasına başlamaq niyyətindədir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu, tələb artdıqca bazarın tədricən doymasına imkan verəcək.

Bu arada ABŞ-nin digər ölkələrdən gələn mallara “güzgü tarifləri” çərşənbə günündən etibarən qüvvəyə minməlidir. Bu perspektiv iqtisadi artımı yavaşlada və enerji tələbini məhdudlaşdıra biləcək qlobal ticarət müharibəsi ilə bağlı investorlar arasında narahatlığı artırıb.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin