İran ABŞ-yə sərt cavab verəcək

10:52 - 31 Mart 2025

İran ABŞ-yə sərt cavab verəcək

İranın ali dini lideri Əli Xamenei ABŞ-nin ölkəyə xaricdən hücum edə biləcəyinə inanmadığını, lakin Vaşinqton İslam Respublikası daxilində üsyanı qızışdırmağa çalışarsa, sərt cavab alacağını deyib.

 

Manset.az xəbər verir ki, bu barədə "İRİB" telekanalı məlumat yayıb.

"Onlar pis bir iş görəcəkləri ilə hədələyirlər, amma xaricdən pislik edəcəklərini düşünmürük. Hətta mümkün deyil. Amma belə etsələr də, bizim cavabımız sərt olacaq. Birdən ölkə daxilində üsyan qaldırmaq qərarına gəlsələr, İran xalqının özü onlara cavab verəcək".


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin