Tanınmış həkimlərdən Yeni Klinikanın rəhbərinə ağır ittihamlar - “Səhiyyə makleri...”
2 Aprel 2025
10:22 - 31 Mart 2025
ABŞ prezidenti Donald Tramp həftə sonu Ukrayna böhranının həllində "böyük irəliləyiş" əldə edildiyini bildirib.
Manset.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Biz yaxşı həftəsonu keçirdik. Çox maraqlı hadisələr baş verdi və məncə, biz Ukrayna və Rusiya ilə bağlı çox irəliləyiş əldə etdik. Həmişə münaqişələr olur, lakin mən düşünürəm ki, biz onlara son qoymaqda əhəmiyyətli irəliləyiş əldə edirik. Bu, addım-addım baş verir. Liderlər arasında çoxlu nifrət var. Amma düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik".
Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Amerika liderinin Ukraynadakı münaqişə tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi təklifi ilə razılaşıb. Ağ Evin məlumatına görə, tərəflər həmçinin “Qara dənizdə atəşkəs, tam atəşkəs və daimi sülh”ün tətbiqi ilə bağlı texniki danışıqlara başlamaq barədə razılığa gəliblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin