Tramp üçüncü dəfə prezident olmaq istəyir

00:25 - 31 Mart 2025

Tramp üçüncü dəfə prezident olmaq istəyir

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir.

 

Manset.az xəbər verir ki, bu barədə o, "NBC News"a müsahibəsində deyib.

ABŞ Konstitusiyasına 22-ci düzəliş iki dəfə prezidentlik etmiş şəxslərin Ağ Evə namizədliyini irəli sürməyi qadağan edir. Düzəliş 1944-cü ildə Franklin Ruzvelt dördüncü müddətə seçildikdən sonra qəbul edilib.

"Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, hələ çox uzun yolumuz var, bilirsiniz ki, bu, administrasiyanın başlanğıcıdır", - deyə Tramp bildirib.

Qadağaya baxmayaraq, Donald Tramp bundan yan keçə biləcəyinə əmindir. O, konstitusiya qadağasından yan keçməyin “yollarının” olduğunu deyib.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin