Əhməd əl-Şaraa İlham Əliyevi təbrik etdi
1 Aprel 2025
22:40 - 30 Mart 2025
Almaniyanın ilk özəl raketinin sınağı həyata keçirilib.
Manset.az xəbər verir ki, “Isar Aerospace” startapı tərəfindən hazırlanan “Spectrum” raketi Norveçin Andoya kosmodromundan buraxılıb.
Test uçuşu cəmi 30 saniyə davam edib və raket havaya qalxdıqdan sonra dənizə düşüb. Buna baxmayaraq, “Isar Aerospace” bu missiyanı uğur kimi qiymətləndirib və əldə edilən məlumatların gələcək uçuşlar üçün mühüm olduğunu bildirib. Şirkət raketin partlama ehtimalının yüksək olduğunu əvvəlcədən elan etmişdi. Bu, Avropada tamamilə özəl maliyyələşmə ilə həyata keçirilən ilk orbital raket uçuşu olub. Uzunluğu 28 metr, diametri 2 metr olan raket bir tonadək yükdaşıma qabiliyyətinə malikdir. Şirkət artıq “Spectrum 2” və “Spectrum 3” raketlərinin istehsalına başlayıb. Bu yeni modellər kiçik və orta ölçülü peykləri kosmosa çıxarmaq üçün nəzərdə tutulub. Şirkət gələcəkdə ildə 40-a qədər raket istehsal etməyi planlaşdırır.
Bu test uçuşu Almaniya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Avropa Kosmik Agentliyinin (ESA) “Ariane” raketləri ilə bağlı uzunmüddətli problemləri Avropanın kosmosa peyklərin daşınması sahəsində geri qalmasına səbəb olub. Bu baxımdan “Spectrum” raketinin buraxılışı uğursuzluğa baxmayaraq, Avropada yeni kosmik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin