Autsayderlərin duelində qalib müəyyənləşmədi

20:25 - 30 Mart 2025

Autsayderlərin duelində qalib müəyyənləşmədi

Misli Premyer Liqasında 28-ci turun növbəti oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, elitada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" və "Səbail" komandaları Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.

Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Digər matçda isə "Zirə" "Şamaxı"nı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək.

"Qartallar" 52 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" ( 3:3) oyunları isə heç-heçə ilə yekunlaşıb.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin