Tramp İranı hədələdi

20:00 - 30 Mart 2025

Tramp İranı hədələdi

Tramp İranın nüvə silahı istehsal etməməsini təmin etmək üçün ABŞ-la saziş bağlamazsa, İranı “bombalayacağı” və “ikinci dərəcəli tariflər” tətbiq edəcəyi ilə hədələyib.

 

Manset.az xəbər verir ki, bu barədə o, NBC News-a müsahibəsində deyib.

O qeyd edib ki, əgər razılıq olmasa "bombardmanlar" olacaq, daha əvvəl heç görmədikləri "bombardmanlar".

Tramp bildirib ki, ABŞ və İran rəsmiləri arasında söhbətlər aparılıb.

Bununla belə, İran prezidenti Məsud Pezeşkian bu günü bildirib ki, İran ABŞ-la nüvə proqramı ilə bağlı birbaşa danışıqları rədd edir.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin