Tramp Putinə qəzəbləndi

18:50 - 30 Mart 2025

Tramp Putinə qəzəbləndi

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Tramp “NBC News”-a müsahibəsində deyib.

Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.

“NBC News”un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:

“Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər”.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin