Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
16:29 - 28 İyun 2021
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib.
Manset.az-ın banka istinadən verdiyi məlumata görə, bu vəzifəyə əslən azərbaycanlı olan Aytən Rüstəmova təyin edilib.
2001-ci ildə EBRD-nin Bakıdakı nümayəndəliyində işə başlayan A.Rüstəmova 2017-ci ildə adıçəkilən bankın Türkmənistan üzrə ölkə meneceri olub.
EBRD-nin yeni meneceri son 4 ildə çalışdığı Mərkəzi Asiyada qalmağından məmnun olduğunu və bütün tərəfdaş ölkələrlə yaşıl, inklüziv, rəqəmsal və həyati əhəmiyyətli layihələrin partnyorluq şəklində həyata keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, A.Rüstəmova vəzifəsini icra edib EBRD-nin Londonda yerləşən mərkəzi ofisinə qayıdan Neyl Makkeyni (Neil McKain) əvəz edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin