Ukraynada kosmik qüvvələr yaradıla bilər

10:54 - 30 Mart 2025

Ukraynada kosmik qüvvələr yaradıla bilər

Ukrayna Müdafiə Nazirliyi dövlət və özəl şirkətlərin, həmçinin alimlərin müdafiə qüvvələri ilə qarşılıqlı əlaqəsini təşkil edəcək və kosmik qüvvələrin yaradılmasına kömək edəcək kosmik siyasət idarəsi yaradıb.

 

Manset.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin rəqəmsallaşdırma üzrə müavini Katerina Çernohorenko bildirib.

“Bizim kosmik fəaliyyət haqqında qanunumuz var ki, bu da Müdafiə Nazirliyinin hərbi kosmos sahəsində siyasət formalaşdırmalı olduğunu deyir. Bu təkcə mühəndislərdən innovativ həllərin alınması deyil, təkcə ən yaxşı həllərin Ukraynaya gəlməsi üçün icma yaratmaq deyil, həm də kosmik qüvvələrin yaradılmasıdır”, – o söyləyib.

Çernohorenkonun sözlərinə görə, müdafiə qurumu Ukraynada kosmik texnika, məhsul və xidmətlərin əsas sifarişçisi olmaq niyyətindədir. Bu idarə isə dövlət və özəl qurumları, kosmik sahənin alimlərini müdafiə qüvvələri ilə qarşılıqlı əlaqə üçün birləşdirməlidir.

O əlavə edib ki, 2030-cu ilə qədər Ukrayna müdafiə məqsədləri üçün milli peyklərə, həmçinin hava həyəcanı və kosmik fəzanın nəzarəti üçün xəbərdarlıq sisteminə sahib olmağı planlaşdırır.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin