Almaniya Azərbaycandan üzr istədi
1 Aprel 2025
08:15 - 30 Mart 2025
Çin alimləri geni dəyişdirilmiş donuzdan qaraciyər toxumasını uğurla beyin ölümü olan insana köçürüblər ki, bu da dünyada bir ilkdir.
Manset.az xəbər verir ki, Çinin Dördüncü Hərbi Tibb Universitetinin həkimləri bu əməliyyatı həyata keçiriblər. Nəticədə, donuz qaraciyəri xəstənin orqanizmində 10 gün ərzində immun sistemi tərəfindən rədd edilmədən normal fəaliyyət göstərib. Lakin xəstənin ailəsinin tələbi ilə proses dayandırılıb.
Bundan əvvəl ürək və böyrək nəqli üzrə analoji cəhdlər edilsə də, daha mürəkkəb orqan olan qaraciyərdə belə uğur əldə olunmamışdı. Keçən il ABŞ-nin Pensilvaniya ştatının alimləri donuz qaraciyərinin qanı filtrləməsini təmin etsələr də, bu orqanın insan bədəninə daimi yerləşdirilməsi mümkün olmamışdı.
Mütəxəssislər ümid edirlər ki, donuz orqanları insan donorlarını gözləyən xəstələr üçün müvəqqəti həll ola bilər. Çünki donuz orqanları ölçü və genetik baxımdan insana yaxındır və immun sistemi tərəfindən rədd edilməməsi üçün genetik modifikasiyaya ehtiyac duyulur.
Professor Lin Vanq bu əməliyyatın uğurlu olduğunu vurğulayaraq qeyd edib ki, geni dəyişdirilmiş donuz qaraciyəri insan orqanizmində effektiv işləyib. Tədqiqatçılar "Nature" jurnalında yazıblar ki, "köməkçi qaraciyər transplantasiyası qaraciyər çatışmazlığı olan xəstələr üçün ideal müvəqqəti müalicə üsulu ola bilər". Orijinal qaraciyərin funksiyası bərpa olunduqda və ya uyğun donor tapıldıqda bu orqan asanlıqla çıxarıla bilər.
Oksford Universitetindən professor Piter Frend bu araşdırmanın orqan transplantasiyası sahəsində mühüm addım olduğunu bildirib. Onun sözlərinə görə, bu üsulun qaraciyər çatışmazlığı olan xəstələr üçün nə dərəcədə effektiv olacağı hələ dəqiq məlum deyil, lakin əldə olunan nəticələr genetik redaktənin potensialını göstərir.
İspaniya Milli Orqan Nəqli Təşkilatından Rafael Matesanz isə bu təcrübənin indiyə qədər sınaqdan keçirilmiş üsullardan fərqli bir yanaşma təklif etdiyini vurğulayıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin