12 günlük bayram tətili başa çatdı
1 Aprel 2025
20:56 - 29 Mart 2025
T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək.
Manset.az xəbər verir ki, tamaşanın Bakı premyerası Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Qırğızıstan Respublikasının Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu "Dədə Qorqud" tamaşası 3 aprel saat 19:00-da Akademik Milli Dram Teatrında nümayiş olunacaq. Səhnənin quruluşçu rejissoru Marat Kozukeev, rəssamı Bakıt Tilekmatovdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin