Göygöldə minik maşını dirəyə çırpıldı - Xəsarət alan var

19:20 - 29 Mart 2025

Göygöldə minik maşını dirəyə çırpıldı - Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin