Myanmada zəlzələdə ölənlərin sayı açıqlandı

18:30 - 29 Mart 2025

Myanmada zəlzələdə ölənlərin sayı açıqlandı

Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.

 

Manset.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.

Bundan əvvəl 1 002 nəfərin öldüyü, 2 376 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki zəlzələ baş vermişdi. Martın 29-da 5,2 maqnituda gücündə üçüncü seysmik hadisə qeydə alınmışdı. Fəlakət evləri, Saqainq və Mandalay şəhərlərini birləşdirən körpünü dağıdıb, Mandalay və Naypyitav beynəlxalq hava limanlarına ciddi ziyan vurub.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin