Ərdoğan Qətər əmiri ilə regional və qlobal məsələləri müzakirə etdi

17:40 - 29 Mart 2025

Ərdoğan Qətər əmiri ilə regional və qlobal məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Əl Tani arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan İsrailin Qəzza, Livan və Suriyadakı hücumlarına da toxunub. Türkiyə Prezidenti münaqişənin tezliklə sona çatması və zərərçəkənlərə kömək istiqamətində maksimum səy göstərməyə davam edəcəyini vurğulayıb.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin