Azərbaycan paralimpiyaçısı İtaliyadakı turnirə qatıldı

15:35 - 29 Mart 2025

Azərbaycan paralimpiyaçısı İtaliyadakı turnirə qatıldı

Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində çıxış edir.

 

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.

Qeyd edək ki, martın 30-da başa çatacaq turnir 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin