12 günlük bayram tətili başa çatdı
1 Aprel 2025
13:32 - 29 Mart 2025
"Bavariya"nın futbolçusu Tomas Müller mövsümün sonunda komandadan ayrılacaq.
Manset.az xəbər verir ki, bununla bağlı "Bild" nəşri məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə yayda başa çatacaq müqavilənin uzadılmayacağı bildirilib. Futbolçu ilə aparılan danışıqlardan sonra belə bir razılığa gəlinib.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü "Bavariya"nın yetirməsidir. 2000-ci ildə Münhen klubunun akademiyasına qoşulan futobolçu 2009-cu ildən əsas komandada çıxış edir. O, "Bavariya"da indiyə qədər 741 matçda iştirak edib, 247 qol vurub və 273 məhsuldar ötürmə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin