"Ermənistan təxribatlarını gizlətməyə çalışır" - MN
31 Mart 2025
09:40 - 29 Mart 2025
Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib.
Manset.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə yaxınları məlumat verib.
Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən martın 28-də dünyasını dəyişib.
Mərhum kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, V.Talıbov bu il bələdiyyə sədri seçilmişdi. O, əvvəllər "Cəlilabad-Şərab-9" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi olub, daha əvvəllər isə kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, Günəşli kənd bələdiyyəsinin bundan əvvəlki sədri Fəxrəddin Cəfərov da ötən ilin noyabrında xəstəlikdən vəfat edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin