"Ermənistan təxribatlarını gizlətməyə çalışır" - MN
31 Mart 2025
08:15 - 29 Mart 2025
Fəsil dəyişkənliyi ilə əlaqədar insanların immun sistemləri zəifləyir. Xüsusilə yaz fəsli Ramazan ayı ilə üst-üstə düşdüyündən hava dəyişikliyi, qışın sonları, baharın gəlişi qrip və digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.
Manset.az Baku.tv-yə istinadən xəbər verir ki, bu zaman immun sisteminin reaksiyası zəifləyir, insanlar daha tez soyuqdəymə, qrip və digər infeksion xəstəliklərə yoluxurlar.
Paytaxt sakinləri arasında "İmmunitetinizi necə qoruyursunuz" sualı ilə sorğu keçirilərək onların fikirləri öyrənilib.
Vətəndaşlar "Günəş çox yoxdursa, D vitamini içmək, tərəvəzlərə üstünlük vermək lazımdır", "Sağlam qidalanın, mayeni çox qəbul edin. İdmanla məşğul olmaq da vacibdir", "İndi xəstəliklər 2-3 həftə davam edir, amma əvvəllər maksimum 2-3 günə keçirdi. Bu, qidamızla, eyni zamanda idmanla məşğul olmamağımızla bağlıdır. İnsanlar idmana az vaxt sərf edirlər" kimi fikirlər səsləndiriblər.
Ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin