Faktiki hava AÇIQLANDI
31 Mart 2025
07:00 - 29 Mart 2025
Rusiyalı oftalmoloq, mikrocerrah və tibb elmləri namizədi Svetlana Mirqorodskaya görmənin qəfil zəifləməsinə və hətta tam itirilməsinə səbəb ola biləcək üç təhlükəli xəstəliyi açıqlayıb.
Manset.az xəbər verir ki, onun sözlərinə görə, bu xəstəliklərə tor qişanın qopması, şüşəyəbənzər cismə qanaxma (hemofalm) və ön işemik neyropatiya daxildir.
Mütəxəssisin sözlərinə görə, tor qişanın qopması gözün tor qişasında baş verən yırtıqlar və ya patoloji dəyişikliklər nəticəsində yaranır. Bu vəziyyətin əsas simptomları arasında göz önündə qəfil işıq şüaları, ildırımlar və ya qara ləkələrin meydana çıxması yer alır. Bu əlamətlər müşahidə edildikdə dərhal həkimə müraciət etmək tövsiyə olunur.
Şüşəyəbənzər cismə qanaxma – hemofalm travmalar, yüksək qan təzyiqi, tor qişanın yırtılması və ya şəkərli diabetin fəsadları nəticəsində yarana bilər. Bu zaman xəstələr görmədə ləkələr, bulanıqlıq və ya "duman" effekti hiss edə bilərlər.
Mirqorodskaya həmçinin qeyd edib ki, tor qişanın damarlarında qan dövranının pozulması qəfil qara ləkələrin və ya müvəqqəti görmə itkisinə səbəb ola bilər. Ön işemik neyropatiya isə oxşar simptomlarla – görmədə bulanıqlıq və ya qara ləkələrin yaranması ilə müşayiət olunur. Mütəxəssis bildirib ki, bu tip fəsadlar tez-tez infeksion xəstəliklərdən sonra baş verə bilər.
"İstənilən narahatlıq doğuran simptomlar zamanı dərhal həkimə müraciət etmək vacibdir, çünki vaxtında müdaxilə görmə funksiyasının bərpa olunma ehtimalını artırır", – deyə oftalmoloq vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin