Tramp Kanadanın baş nazirilə danışığı müsbət dəyərləndirdi

00:50 - 29 Mart 2025

Tramp Kanadanın baş nazirilə danışığı müsbət dəyərləndirdi

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Mark Karni arasında ilk telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media hesabında yazıb.

O, müzakirənin məhsuldar olduğunu bildirib: “Kanadanın baş naziri Mark Karni ilə söhbəti indicə bitirdim. Son dərəcə məhsuldar söhbət oldu. Biz bir çox məsələdə razılığa gəldik. Kanadada keçiriləcək seçkilərdən (aprelin 28-də keçiriləcək - Qeyd) dərhal sonra görüşəcəyik”.

Xatırladaq ki, martın 9-da Castin Trüdo hökumət başçısı və Kanadanın hakim Liberal Partiyasının liderliyindən istefa verdikdən sonra Karni onun vəzifəsini tutub. “CBC” telekanalı Kanada hökumətindəki mənbələrə istinadən erkən seçkilərin aprelin 28-də və ya mayın 5-də keçirilə biləcəyini bildirib.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin