72 yaşlı motosikletçini maşın vurdu

18:31 - 28 Mart 2025

72 yaşlı motosikletçini maşın vurdu

Kürdəmirdə 72 yaşlı motosikletçini avtomobil vuraraq öldürüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən “Changan” markalı avtomobilin sürücüsü Ramin Bayramovun avtomobilinə eyni istiqmətdə motosikletlə hərəkət edən sürücü Tahir Əkbərov çırpılıb.

Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini 1953-cü il təvəllüdlü Əkbərov Tahir Seyyid oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin