Qızı zorla qaçırtdılar - Ağır cəza aldılar

15:46 - 28 Mart 2025

Qızı zorla qaçırtdılar - Ağır cəza aldılar

Gədəbəydə 1991-ci il təvəllüdlü qızı qaçırmaqda ittiham olunan şəxslərə hökm oxunub.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə  5 may 2023-cü ildə gecə saatlarında baş verib.

Məlumata görə, Ruslan adlı şəxs (adlar şərtidir) 1991-ci il təvəllüdlü Aygünü evlənmək məqsədilə zorla qaçırıb. Ona bu işdə əmisioğlu Qabil və tanışı Ayaz kömək edib.

Ruslan Aygünü qaçırmamışdan əvvəl bəlkə də həyatında başqa biri olduğunu düşünərək onu izləyib, heçkimsə olmadığına əmin olduqdan sonra bacısına Aygündən xoşu gəldiyini və onunla ailə həyatı qurmaq istədiyini deməsini istəyib. Bacısı 2-3 dəfə Aygünün işlədiyi yerə gedib qardaşının olndan xoşu gəldiyini, onunla danışmaq istədiyini desə də, Aygün istmədiyini deyib. Ruslan Aygünün razı olmadığını bilib qaçırtmaq qərarına gəlib, sonra qəbul edəcəyini fikirləşib.

Hadisə baş verən gün Aygün işdən çıxan zaman Ruslan Qabilin idarə etdiyi avtomobillə ona yaxınlaşıb və qızı qaçırıb.

Qaçırılan qız məhkəmədə bildirib ki, hadisə baş verən gün nahar üçün işdən çıxıb evə gedirmiş. O, öz yolu ilə gedərkən qəfil yanında maşın saxlayıb, arxadan kiminsə ağzını tutub, qolunu arxaya vurub, onu yerdən qaldırıblar. Qışqırmağa başlayıb və qonşuları onun səsini eşidib. Ruslan onu zorla avtomobilə əyləşdirib.

Onu Ruslanın bacısı yaşadığı evə aparıblar, evə çatanda həyət qapısını açıb avtomobili qapıya salıb onu zorla avtomobildən düşürüblər. Qışqırıb səs-küy salaraq onu öz evlərinə aparmalarını istəyib, Ruslan isə onu sakitləşdirməyə çalışıb. Ruslan daha sonra onu başqa evə aparıb və burada polislər onu yaxalayıb.

Məhkəmənin qərarı ilə Ruslan 9 il, Qabil 8 il 6 ay, Ayaz isə 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin