Bu ölkədə fövqəladə vəziyyət elan edildi

14:15 - 28 Mart 2025

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Myanmada Maqdala ətraflarında 7,7 bal gücündə baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

 

Manset.az xəbər verir ki, rejim təbiət hadisələrindən zərər çəkmiş rayonlara şamil edilir.

"Fövqəladə Halların İdarə Edilməsi Milli Komitəsi güclü zəlzələ ilə əlaqədar Saqainq, Mandalay, Maqvey, şimal-şərqi Şan əyaləti, Neypido vilayəti və Baqo bölgəsinin zəlzələdən zərər çəkmiş ərazilərində fövqəladə vəziyyət elan edib".

Qeyd edək ki, bu gün, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Zəlzələ beş qonşu ölkədə də hiss olunub: Banqladeş, Hindistan, Tailand, Laos və Çin. Banqkokda tikilməkdə olan göydələn çöküb. Bir nəfər ölüb, bir nəfər itkin düşüb, 50 nəfər yaralanıb.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin