31 Mart soyqırımından 107 il ötür
31 Mart 2025
11:53 - 28 Mart 2025
ABŞ-nin iştirakı olmadan Rusiya və Ukrayna arasında bağlana biləcək sülh sazişinə əməl olunmasını tək Avropa İttifaqı təmin edə bilməyəcək.
Manset.az xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O xatırladıb ki, vaxtilə iki ən böyük Avropa ölkəsi - Fransa və Almaniya Ukraynadakı vəziyyətin nizamlanması üçün Minsk razılaşmalarının hazırlanmasında iştirak ediblər, lakin onları həyata keçirə bilməyiblər.
"Məlum oldu ki, Avropa qarantiyası, Fransa-Almaniya zəmanəti kifayət deyil. Məlum oldu ki, Avropanın belə sülh sazişinə əməl olunmasını təmin etmək üçün kifayət qədər gücü və səlahiyyəti yoxdur. Əgər avropalılar bunu edə bilmirsə, onda gəlin görək başqa nə etmək olar. Amerika bu işə qarışmalıdır. O, daha böyükdür, daha güclüdür, uğur və sülh əldə etmək şansı daha yüksəkdir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin