Azərbaycanda qız atasının qəbrində intihar etdi

10:45 - 28 Mart 2025

Azərbaycanda qız atasının qəbrində intihar etdi

Gəncədə 21 yaşlı qız intihar edib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Nüşabə Məmmədova canına qəsd edib.

Onun intiharına səbəb kimi 2021-ci ildə atasının ölümündən psixoloji sarsıntı keçirməsi olub.

Məlumata görə, o, martın 26-da gecə saatlarında atasının qəbrinin yanında "Esens" məhlulu içib.

O, ağır vəziyyətdə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və orada vəfat edib.

Onun Gəncə Dövlət Universitetinin tələbəsi olduğu bildirilir. Gənc qız həm də rəssam kimi fəaliyyət göstərib.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin