Aİ Rusiyaya qarşı sanksiyalar paketini hazırlamağa başladı

10:22 - 28 Mart 2025

Aİ Rusiyaya qarşı sanksiyalar paketini hazırlamağa başladı

Avropa İttifaqı növbəti, 17-ci anti-Rusiya sanksiyalar paketini formalaşdırmağa başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa diplomatlarına istinadən "EUObserver" portalı məlumat yayıb .

Portalın mənbəsinin sözlərinə görə, yeni məhdudiyyətlər üzərində iş başlanıb, lakin çox ilkin mərhələdədir. "Aİ-nin xarici siyasət xidməti və Avropa Komissiyası bunun üzərində işləyir və təkliflər yəqin ki, yayın əvvəlində açıqlanacaq", - başqa bir Aİ diplomatı bildirib. Eyni zamanda, onların həmkarı Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq aləmdə səylərin intensivləşməsi ilə bağlı vaxta şübhə ilə yanaşdığını bildirib. "Hazırda bu, çox spekulyativdir. Biz Rusiya və Ukrayna arasında danışıqların necə inkişaf etdiyini görməliyik", - o deyib.

Portal qeyd edir ki, Avropa bloku Macarıstanın mümkün vetosu fonunda yeni sanksiyalar paketinin razılaşdırılmasında çətinliklərlə üzləşə bilər. Budapeşt həmçinin Aİ-nin yanvarın sonunda altı ay müddətinə uzadılmış Rusiyaya qarşı hazırkı iqtisadi sanksiyalarının uzadılması prosesinə mane ola bilər.


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin