31 Mart soyqırımından 107 il ötür
31 Mart 2025
09:44 - 28 Mart 2025
Bu gün La Liqanın 27-ci turundan təxirə salınan "Barselona" - "Osasuna" oyunu keçirilib.
Manset.az xəbər verir ki, görüş "Estadio Olimpiko" stadionunda oynanılıb. Matçda Kataloniya təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Hesabı 11-ci dəqiqədə Ferran Torres açıb. Dani Olmo 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 77-ci dəqiqədə isə Robert Levandovski son nöqtəni qoyub.
Bu qələbə sayəsində "Barselona" xallarının sayını 63-ə çatdırıb və liderdir. "Real" 60 xalla 2-ci, "Atletiko" 56 xalla 3-cüdür. "Osasuna" isə 33 xalla 14-cü pillədə qərarlaşır.
Qeyd edək ki, bu görüş əvvəlcə martın 8-də keçirilməli idi. Lakin qarşılaşma "Barselona"nın həkimi Karles Minarro Qarsianın vəfatı səbəbindən təxirə salınmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin